Xalq yazıçısı Əzizə Cəfərzadə dəfn edildi
Uzun sürən xəstəlikdən sonra vəfat etmiş xalq yazıçısı, ədəbiyyatşünas Əzizə Cəfərzadə bu gün Hacıqabul rayonunda dəfn edilib.
Əzizə Məmməd qızı Cəfərzadə 1921-ci ildə Bakıda anadan olub. 1947-ci ildə ADU-nin filologiya fakültəsini, 1950-ci ildə isə aspiranturanı bitirib və "XIX əsr Azərbaycan ədəbi-maarifçi ziyalı gəncləri" mövzusunda dissertasiya müdafiə edib. 1937-ci ildən hekayələrlə dövrü mətbuatda çıxış edən Ə.Cəfərzadə bir çox ədəbi topluların, tarixi romanların müəllifidir. "Aləmdə səsim var mənim", "Vətənə qayıt", "Yad et məni", və s. romanlarında, o, Seyid Əzim Şirvani, M.Ə.Sabir, A.Səhhət haqqında sənədli məlumatlarla yanaşı, bədii təxəyyülünün gücü ilə dövrün ab-havasını yaradıb. Ömrü boyu məsul işlərdə çalışmış Əzizə Cəfərzadə /1946-48-ci illərdə Bakı Teatr Texnikumunun direktoru, 1957-74-cü illər arasında Azərbaycan Əlyazmalar İnstitutunun baş elmi işçisi və s./ eyni zamanda ADU-nin müəllimi kimi də fəaliyyət göstərib. 10 il ərzində isə Azərbaycan Respublikası Qadınlar Şurasının sədri işləyib. O, Azərbaycan Respublikasının Şöhrət Ordeni ilə təltif edilmişdir.
«Xəbər.net»
Xalq yazıçısı Əzizə Cəfərzadə dəfn edildi
Uzun sürən xəstəlikdən sonra vəfat etmiş xalq yazıçısı, ədəbiyyatşünas Əzizə Cəfərzadə dünən Hacıqabul rayonunda dəfn edilib. Ə.Cəfərzadə bir çox ədəbi topluların, tarixi romanların müəllifidir. “Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni” və s. romanlarında o, Seyid Əzim Şirvani, M.Ə.Sabir, A.Səhhət haqqında sənədli məlumatlarla yanaşı, bədii təxəyyülünün gücü ilə dövrün ab-havasını yaradıb.
«Zaman» qazeti