Əvvəlki səhifəyə qayıtmaq üçün
Xalq yazıçısı, görkəmlı nasır və ədəbıyyatşünas alım Əzızə
Cəfərzadə 82 yaşında vəfat edİb
65 ildən yuxarı ədəbi fəaliyyətlə məşğul olan Əzizə xanım həm də filologiya elmləri doktoru, Bakı Dövlət Universiteti Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub. Ə.Cəfərzadə Azərbaycan ədəbiyyatında tarixi roman janrını öz dəyərli əsərləri ilə zənginləşdirib, onun lirik hekayələri və ədəbi-tənqidi məqalələrini oxucular həmişə rəğbətlə qarşılayıb. Əzizə xanım həm də xarici ölkə ədəbiyyatlarından məharətlə edilmiş bir çox tərcümələrin müəllifidir. Əzizə Cəfərzadə yaradıcılığı boyu Güneyli-Quzeyli Azərbaycanın folklorunu, xalq dastanları və bayatılarını, klassik poeziyasını yaşadıb, tədqiq edib və bildiklərini oxucularla səxavətlə bölüşüb. Əzizə xanım çox illər ədəbiyyata, elmə cəfakeşliklə xidmət göstərməklə yanaşı 1990-cı il 20 Yanvar hadisələrində əsl ziyalı və vətəndaş mövqeyi nümayiş etdirib.Əzizə xanımın işıqlı xatirəsi daim qəlbimizdə yaşayacaq, yaratdığı əsərləri xalqımız sevə-sevə oxuyacaq.
Allah rəhmət eləsin Qəbri nurla dolsun.
Əli Kərimli,
AXCP sədri, millət vəkili
«Azadlıq» qazeti