Əvvəlki səhifəyə qayıtmaq üçün
Eldən-elə
Romanda XVIII əsrin sonu XIX əsrin əvvəllərində yaşamı ədəbiyyatında «Riyozüs-səyahət» və s. kimi olduqca qiymətli əsərlər bəxş etmiş H.Z.Şirvanininhəyatından bəhs olunur. Yazıçı bu əsərı ilə oxucunu azərbaycanlı səyyahın əsərləri və onun təxəyyülü əsasında həyatı ilə tanış edir.
Bakı, Gənclik, 1992
«Gülüstan»dan
öncə Roman Rusiyanın Qafqazı istila dövrünün ilk
illərinə nəzər salınır, ötən əsrin əvvəllərində Şirvan xanlığının
yadelli qəsbkarlara qarşı mübarizələrindən bəhs olunur.Müəllif
tariximizin indiyədək öyrənilməmiş səhifələrinə diqqəti yönəltməklə
yanaşı bədii əhvalatlar fonunda dövrün etnoqrafiyası haqqında zəngin
məlumat verir. «Şur»nəşr, 1996
Zərrintac- Tahirə
XIX əsrin I yarısında İranın siyasi,ictimai həyatında baş verən,Qərb və Şərq dövlətlərinin diqqət mərkəzində duran bir hadisəyə 1844-1850-ci illərdə Babilər hərəkatına xüsusilə Babi inamının (1863-cü ildə Bəhailik adlanan) görkəmli tədqiqatçı, Şərqin qorxmaz qadın mübarizi Qürrətüleyn Xanıma həsr olunmuıdur. Tarixi roman janrında qələmə alınmış roman İranın ictimai, siyasi və iqtisadi mühitini parlaq lövhələrlə işıqlandırır.
Göytürk nəşriyyatı, 1996
Bir səsin faciəsi
Əsər Azərbaycanda keçmiş Cavid-Qaradonlu ərazisində baş verən hadisələrdən, ailə və məişət məsələlərindən, əski adət və ənənələrdən bəhs olunur. Yazıçı əsərdə səsi vala yazılmış Azərbaycanın ilk qadin xanəndəsi Mirzə Güllərin də həyatıni əks etdirmişdir.
Bakı, AzKC mətbəəsi,1997
İşığa doğru
Bu kitab bir növ ’’Zərrintac-Tahirə ’’ romanının davamıdır. Romanda XIX yüzilliyin II yarısında Azərbaycanda İrandan nəşət edən babilik, bahailik dini cərəyanının yayılması ilə əlaqədar olaraq fanatizm qurbanları, xüsusilə Nəsrəddin şahın dövründə Cənubi Azərbaycanda binəsiblərin bir parça çörək ümidilə müxtəlif dini məzhəblərə qoşulması diqqət mərkəzinə çəkilir. Müəllif belə qenaətə gəlir ki, zülm, istibdad, dərəybəylik olan ölkələrdə binəsiblərin istismarı davam etdikcə mübarizə də davam edəcək, insan daim işığa doğru can atacaq.
Bakı, Şirvannəşr, 1998
Bəla
"Bəla" XVİ əsrdə Şah İsmayıl Xətayidən sonra Azərbaycanda baş verən və sonu Azəbaycanın xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray çəkişmələri haqqında əsərdir.
Baki, Şirvannəşr, 200 1
Romanı oxumaq üçün
Romanı oxumaq üçün Rus varianti
Bakı, 2001
Biz Cəfərzadələr
Kitaba yazıçı, professor Əzizə Cəfərzadənin bir
nəslin tarixi fonunda XIX- əsrlərdə Azərbaycanda baş verən mühüm
hadisələri əks etdirən «Rübabə-Sultanım» romanı, filologiya elmleri
doktoru Məmməd Cəfərzadənin «Biz Cəfərzadələr» bioqrafik yazıçı və
şair filologiya elmləri doktoru Əhməd Cəfərzadənin «Adsız
Qəhrəmənlər»povesti və «Eşitdiklərimdən,gördüklərimdən, yadımda
qalanlar» yazısı daxil edilmişdir. Bakı, 2001 Tiraj-- 500 Romanı oxumaq üçün
Xəzərin göz yaşları
Əzizə Cəfərzadənin oxuyuca təqdim olunan bu kitabını 1938-ci ildə Bakıda törədilən və millətə qarşı çevrilmiş cinayətkar hadisələrdən bəhs edən «Xəzərin göz yaşları» və müasir mövzuda yazılmış «Xəyalım mənim» adlı povesti daxildir.
Bakı, 2001
Tiraj-- 500
Romanını oxumaq üçün
Eşq Sultanı
"Eşq Sultanı"çağdaş Azərbaycan nəsrinin görkəmli nümayəndəndələrindən biri olan Əzizə Cəfərzadənin sonuncu romanıdır.Tarixi janrda qələmə alınmış roman böyük Azərbaycan şairi Məhəmməd Füzulinin ömür yolundan bəhs edir.
Baki, Şirvannəşr, 2005
Tiraj 500
Romanı oxumaq üçün
Əzizə Cəfərzadənin bədii yaradıcılıqla yanaşı, folklorşünaslıq, ədəbiyyatşünaslıq və əbədi tənqidlə də məşğul olmuş, xalq ədəbiyyatı, klassik və müasir ədəbiyyatımızla bağlı çoxlu sayda məqalələr yazmış, monoqrafik tədqiqatlar aparmşıdır. Xüsusilə, onun iki kitabdan ibarət «Azərbaycan poeziyasında xalq şeri üslubu» adlı monoqrafik tədqiqatı yazılı və şifahi ədəbiyyatımızın əlaqə və bağlarını öyrənmək baxımından əhəmiyyətə malikdir. Onun tərtib etdiyi kitablar ədəbiyyatımızın az tədqiq olunan söz sahiblərinin yaradıcılıq irsinin üzə çıxarılması, öyrənilməsi və təbliğ olunması baxımşndan səciyyəvidir. Bunların içərisində «Fatma xanım Kəminə» (1971), «Könul çırpıntiları» (1972), «Azərbaycanın aşıq və şair qadınları» (1974), «Şərqin üç şairi» (1976), Abdulla Padarlının «Seçilmiş şerləri» (1979), «Hər budaqdan bir yarpaq» (1983) və b. daha çox diqqəti cəlb
edir.
Haqqında dərc edilmiş kitablar
Arif Zeynallı ~ Qüdrətli Sənətkar
Kitabda görkəmli Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Əzizə xanımCəfərzadənin həyat və yaradıcılıq yolundan bəhs olunur.Yazıçının anadan olmasının 80 illik yubileynə həsr olunmuş bu əsər onun haqqında yazılmış ilk tədqiqatdır.
Baki, BSU nəşriyyatı, 2001
- Tiraj - 500
İfrat Əliyeva ~ El Anasi - Əzizə Cəfərzadə
Kitabda görkəmli Azərbaycan yazıçısı və elm xadimi Əzizə xanımCəfərzadənin çoxyönlü yaradıcılığına yeni baxış bucağından nəzər salınır, yazıçının yaradıcılıq yolunun təkamülü izlənilir.
Baki, Elm, 2001
Tiraj - 300
Nüşabə Məmmədli~ 80 budağın hərəsindən bir yarpaq
Kitabda görkəmli Azərbaycan yazıçısı, tarixi romanlar müəllifi Əzizə xanımCəfərzadənin həyat və yaradıcılıq yolundan bəhs olunur. Kitab yazıçının 80 illik yubileynə həsr olunmuşdur.
Baki, Çıraq nəşriyyatı, 2001
Arifə Telmanqızı ~ Əzizə Cəfərzadənin bədii dünyası
Kitabda Əzizə xanımCəfərzadənin
tarixi və müasir mövzularda yazmış olduğu hekayələri, povest və
romanları təhlil olunur, habelə yazıçənən bədii-estetik xüsusiyyətləri
araşdırılır.
Baki, Azər nəşr, 2002