"Əzrayıl" hekayəsi
1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir.
Natəvan haqqinda hekayələr
Azərbaycanın görkəmli yazıçılarından Xurşid Banu Natəvan (1830-1898) haqqında yazılan hekayələri müəllif Azərbaycan Elmlər Akademiyası Respublika əlyazmalar fondunda mühafizə olunan müxtəlif qeydlər, şairənin qohumları tanışları ilə söhbətlər zamanı söylənilən xatirələr əsasın dayazılmışdır. Gənclər bu hekayələri oxuyarkən şairənin yaşadıgı dövrə aidbəzi məlumatlarla tanış olurlar. Hekayələr oxuduqca şairənin keçirdiyi həyat və keçmişin acı xatirələri göz qarşısında canlanır.
Bakı, Azərnəşr, 1963
Tirajı –10.000
Qızımın hekayələri
Kitabda müəllif qızı ilə bağlı həyat epizotlarını qələmə almış, sadəcə həyati ştrixləri əks etdirmişdir. Bunlar əslində uşaq hekayələridir. Bu kiçik hekayələrdə uşaq dünyasının ilk addımları əks etdirilmişdi. Yazıçının ilk hekayələrinin hamısını bütövlükdə uşaqlıq dünyasının təkrarsız anları canlandıran bədii lövhələr kimi təqdim etmək mümkündür. Kitabda «Sağ əl», «Xardal», «Günəş», «Yağış», «Tüfeyli» və s. hekakayələri yer alır.
Bakı, Azərnəşr, 1964
Tirajı- 10.000
Sahibsiz ev
Bakı, Azərnəşr, 1966
Tirajı- 10.000
Qızıl sahilə səyahət
1965-66 cı illərdə yazıçı Əzizə Cəfərzadə Qərbi Afrikanın vaxtı ilə Qızıl Sahil adlanan ölkələrini: Qvineya, Toqo, Qananı gəzmişdir. O, Qanada 6 ay yaşayıb,ölkənin müxtəlif şəhər və kəndlərini dolaşmış, müxtəlif insanlarla görüşmüşdür. Əzizə Cəfərzadə məhz 1965-ci illin II yarısında Qana həyatını necə görmüşsə, oxucuya öz xatirələrinin elə də təqdim etməyə çalışmışdır.
Bakı, Gənclik, 1968
Tirajı- 7.000
Əllərini mənə ver...
Bu povest 60-cı illərin sonunda yazılmışdı. Əsərdən göründüyü kimi mövzu zahirən əmək, təsərrüfat, tikinti kimi problemleri əhatə edir. Əslində isə məsələ göründüyündən daha qəlizdir. Müəllif göstərir ki, insanın öz problemləri, cəmiyyətdə yeri və digər insanlarla münasibəti daha böyük əhəmiyyət kəsb edir.
Bakı, Gənclik, 1970
Tirajı- 15.000
Aləmdə səsim var mənim
Roman XIX əsrin böyük şairi və maarifçisi Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Əsərin mərkəzində görkəmli şairin həyatı, əbədi taleyi, onun gerçəkliyi ilə əlaqələrü durur. Müəllif də hadisələrə çox vaxt Seyid Əzimin gözü ilə nəzər salır, onun şerlərindən misallar gətirməklə şairirn həyata və müasirlərinə münasibətini konkret əbədi faktlarla açıqlayır.
I nəşr-- Bakı, Gənclik, 1972
Tirajı- 20.000
II nəşr-- Bakı, Azərnəşr, 1978
Tirajı- 20.000
Звучит повсюду голос мой
Советский писателъ
Тираж—30.000
Vətənə qayıt
Romanın ideya mərkəzində iki xəttin- Vətən və məhəbbət motivlərinin oldugunu qətiyyətlə söyləmək olar. Əsər XVII əsrin sonu XIX əsrin əvvəllərində yaşamış Nişat Şirvaninin həyatına həsr olunub. Əsərdə şairin başına gələn məcaralar, həyat və tale çətinliklərinə geniş yer verilir.
Bakı, Gənclik, 1977
Tirajı- 40.000
Елге кайт (qazax dilində)
Алма-Ата, 1983
Тираж – 10.000
Yad et məni
Yazıçının «Yad et məni» romanı əsrin əvvəlində baş vermiş hadisələr, xüsusilə 1902-ci il Şamaxı zəlzələsi təsirli vasitələrlə qələmə alınmışdı. Əsərdə Sabir və Səhhət kimi dövrünün qabaqcıl münəvvər sənətkarları diqqət mərkəzində durur.
Bakı, Gənclik, 1980
Bakı 1501
Kitab 3 hissədən : birinci hissə «Bakı 1501», ikinci hissə «Qanlı qadalı Dünya», üçüncü hissə isə «Hökmdarın şair ürəyi» ibarətdir.XVI əsrin əvvəlləri müharibədən və dini çəkişmələrdən üzülmüş xalq kütlələri acınacaqlı həyatdan, Azərbaycanın Səfəvi dövlətinin qüdrətlənməsi yolunda atılan addımlardan qızılbaşlıların Şamaxıya və Bakı qalası hücumunda Ş.İ. Xətainin bir padşah, sərkərdə və şair kimi mürəkkəb həyatından bəhs edir.
«Anamın nağılları» silsiləsi folklorda nəsrin, nağılla hekayətnin vəhdəti, qovuşuğu kimi diqqəti cəlb edir. Bu nağıllarda əsas mövzu ibrətamiz, örnək götürüləsi həqiqətlərdən alınmışdır. Yazıçı anasının «nağıllarını» elə seçmişdir ki, burada hər nağıl bir didaktik fikrin daşıyıcısıdır.
Cəlaliyyə
Kitabda eramızdan əvvəl Azərbaycanda yaşayan ulu babamız hunların bu torpağa gəlişinin başlanmasını əks etdirən «Hun dağı», XII əsrdə Naxçıvanda hökmdarlıq etmiş Cəlaliyyə Xatunun həyətından bəhs edən «Cəlaliyyə», XVII əsrin sonu XIX əsrin 30-cu ilində Orta Asiya, Yaxin Şərq və b. məmləkətlərə səyahət etmiş cografiyaşunas, alim Haci Zeynalabdin Şirvaninin uşaqlıq illərindən bəhs edən «Xoş gördük, səyyah» və müasir mövzuda yazdığı «Səməndər quşu» ilə yanaşı bir sıra kiçik həcmli hekayələri də yer alır.
Bakı, Gənclik, 1983
Tirajı- 40.000
Sənsən ümidim
Kitaba «Vətənə Qayıt» romanı, «Sənsən ümidim», «Gözlənilməyən gəlin»,«Ata haqqı» povestləri daxildir.
Bakı, Gənclik, 1985
Çiçəklərim
Əzizə Cəfərzadə bu kitaba daxil etdiyi hekayələrin qəhrəmənları dərə kəçib,dağ aşa, el-obanı dolaşan nağılların, laylaların, tapmacaların, yanıltmacların yol yoldaşı şirin-şəkər balalardır, evlərimizdə günbəgün boy atan, günəşə boylanan gülüzlü körpələrdir.
Bakı, Gənclik, 1988
Sabir
Dahi şairimiz Mirzə Ələkbər Sabirin güldürə-güldürə ağladan, ağlatdıqca qeyrətə çağıran döyüşkən satirası ilə oxuculara yaxından tanışdır. Bu kitabda müəllif həmin qüdrətli poeziyanı meydana gətirən əndişələrlə dolu zəmanədən, şairin ağır güzaranından, hücumlara, təqiblərlə məruz qalmasıdan bəhs edir.