Adqoyma mərasimi

 

1921-ci il dekabr ayının 29-da, Fatimeyi Zəhranın ölüm gününə təsadüf edən gün. Məmməd və Böyükxanımın-ziyalı ailəsinə sevinclə bərabər təlaş bəxş edən bir qız dünyaya gəldi. Bu körpədən əvvəl dünyaya gələn iki övladın itkisi gənc ailəyə ağır zərbə vurmuşdu. Deyirlər «ilan vuran ala çatıdan qorxar». Ardıcıl olaraq övlad itkisi ilə imtahana çəkilən bu kədərli gənc ailə Qurana həkk olunmuş belə bir gündə dünyaya gələn qızcığazın taleyi üçün də narahatçılıq keçirməyə başlayır.

Hamı körpəyə ad fikirləşirdi.Doğmalar həm müasir, həm qəşəng, həm də hörmət-izzət ifadə edən ad seçmək istəyirdilər. Ayrı-ayrılıqda əziz balaya hərə öz seçdiyi adı qoymaq üçün təşnə idi. Ata öz anasının xatirəsinə hörmət əlaməti olaraq anasının adı ilə övladını Xanım çağırmaq istəyirdi. Hər tərəfdən ətiraz pıçıltıları səsləndi. Elə-belə yalın Xanım nəyə lazımdır? Ana ən çox sevdiyi müəlliməsi Şəfiqə xanım Əfəndiyevanın adını vermək istəyirdi. Baba öz bibisinin adı ilə Səfiyyə adlandırmaq istəyirdi. Nənə-uşaq böyüyəndə Səfi-Səfi deyib çağırarlar deyə etiraz edirdi.

Nəhayət mübahisəni kəsmək üçün uşagın babası Mir Kazım kişi «gəlin adları yazaq, püşk ataq» təklifini irəli irəli sürdü. Hamı razılaşdı. Adları kağıza yazaraq büküb papağın içinə atdılar. Kağızlar çəkildi və ələ keçən ad Xanım oldu-hamının yenidən etirazına səbəb olan yalın Xanım. Ata tərəfin incikliyini hiss edən tədbirli baba hamını ortaq məxrəcə gətirən bir təklif irəli sürdü.

-Gəlin belə bir iş edək, bu uşaq hamımıza əzizdir, elə əziz olduğu üçün də adını Əzizxanım qoyaq. O vaxt Şirvanda qızları Əzizə deyil, Əziz deyə çağırardılar vəbeləliklə də bütöv bir nəslə sevinc bəxş edən və əziz olan bu qızın adı Əzizxanım qoyuldu.

 

Üstündə ALLAH gedər

Vaxtında dil açan Əziz çox dilli-dilavər, hamı ile dil-dil ötən balaca, toppuş bir uşaq idi. Qeyri-adi cavabları ilə böyükləri mat qoyan bu qıızğıcaz, ifadələri və hardansa beyinə həkk olmuş tez-tez tekrar etdiyi bayatı ilə nəzər-diqqəti cəlb edirdi.

Onun iki yaşı oland oynaya-oynaya dediyi

Bayquş mənəm, bayquş mən,

Hər bir quşdan say quş mən.

Bu nə bəlalı başdır,

Ağlayüram yay-qış mən.

Bayatını anası ne qeder tərgitmək istəsə sə xeyri olmur. Balaca qızın dediyi bayatıdan mütəəssir oaln ana rəfiəesi ilə dərdləşərkən narahatçılığını bildirir. Rəfiqesi isə halını pozmadan tezliklə ona yeni bayatı öyrədib həmin bayatını unutduracağına söz verir. Elə həmin gün də dediyinə əməl edir. Əzizxanımı dizlərı üstünə otuzdurub bu bayatını əzbərlədir.

Ağ dəvə gəllah gedər,

Gah dayanar,gah gedər.

Qorxma, ay balaca qız ,

Üstündə Allah gedər.

O gündən başlayaraq, həqiqətən də balaca qız deməyə şakər elədiyi ilk bayatıdan əl çəkdi. Anasının rəfiqəsi öyrətdən bayatını «qorxma, ay balaca qızI deyə təkrar-təkrar oxuyur. Və hər dəfə bayatını oxuduqca da Allahın başının üstündə gətməsinə inanıb kəskin sözlü, iti addımlı, özünə inamlı, gələcəyinə ümidli olur.

 Hökumətim Nənəmdir

 20—ci illərin ən nüfuzlu şəxsiyyətlərindən olan general Tərlan bəy Əliyarbekovun həmişə qonaqlarla dolu olardı. Əliyərbekovlar ailəsinin övladları olmadığından ən qiymətli hədiyyə gələn qonaqların özləri ilə uşaq gətirməsi idi.

Novruz bayramina təsadüf edən xoş günlərin bizində nənəsi Əzizxanimi götürüb bayramlaşmaq üçün çox yaxın münasibətdə olduqları Əliyərbəkovların ailəsinə qonaq getdi. Nənə ilə nəvə Tərlan bəygilə çatanda orda çoxlu qonaq olduğunu gördülər.

Qonaqların hamısı mötəbər hökümət adamları idi. Tərlan bəy balaca Əzizxanımı görcək qucağına alıb nazirlər oaln otağa keçirdi. Çox təmtəraqla bəzədilmiş bayram süfrəsində

bayram şirniyyatlarından əlavə müxtəlif meyvə quruları, xuşgəvərlər, mer-meyvə, bir sözlə, quş iliyi, can dərmanı, dadlı, ləziz o qədər yeməli şeylər düzülmüşdü ki, nəinki uşaq, hətta büyüklər tamahını saxlaya bilməzdi. Həmən ili isə iki müqəddəs tarix bir yerə düşürdü.

Novruz bayramı və Ramazan ayı. Tərlan bəy dadlı, ləziz təamlardan az qala yalvara-yalvara Əzizxanıma yedirmək istəyirdiö lakin qızcığaz inadla etiraz edirdi. Tərlan bəy:

-Axı niyə yemirsən?

-Mən orucam, yemirəm-cavabını verdı.

20-ci illərdə İslam dininin şərtlərinin qorunmasına qəti qadağa qoyulduğundan böyüklər gizli oruc tutur, namaz qılır. İbadət edirdilər. Dörd yaşlı uşağın isə birdən-birə inadla yəmək yeməməsi və etirafı hamını mat qoymuşdu. Tərlan bəy: «Ay qız, sən nə daışırsan? Dövlətimiz belə şeyləri qadağan edib.Hökumətimiz dinə qarşı mübarizə aparır. Sənə bunları kim başa salır?»-deyəndə, qızdan nə cavab alacağını gözləmirdi.

Qəflətən əllamə qız dil-boğaza qoymadan:

-Siz hökumətinizin dediyini edirsiniz, sizə pul verir. Eləməsəniz pul verməz. Mənim hökumətim mənə çörək verir. Mən də onun dediyini eləməsəm ac qalaram.

-Sənin hökumətin kimdir, ay qız? -deyərək  biri yerindən dilləndi.

-Mənim hökumətim mənim nənəmdir- nə dediyinin fərqinə varmadan açıqladı.

Tərlan bəy tez Əzizxanımı qucağına alıb nənəsinin yanına apardı.

 

Mən Cəfərzadəyəm

Aylar bir-birini əvəz edib illərə qovuşdu. İməkləyən uşaqlar ayaq tutub yeridi, addım atdıqca yeni sözlər öyrəndilər. Nəhayət körpəlikdən uşaqlığa, uşaqlıqdan məktəb illərinə qədəm qoymağa hazırlaşdılar.

Bütün məktəbli uşaqlaar sevinc və həyacan bəxş edən 1 sentyabr gəlib çatdı. Öz yaşıdları ilə bərabər Əzizxanım da məktəba hazırlaşır, məktəblilər cərgəsinə qoşulmaq üçün tələsirdi.

Sübh tezdən yuxudan duran qız vaxtın gec ötməsindən darıxır, nənəsini tələsdirərək evdən tez çıxmağa çalıışrdı. Axır ki, nənə Əzizxanımın əlindən tutub evlərinin yaxınlığında yerləşən o vaxtkı 37 saylı məktəbə gətirir.

Məktəb direktoru bir-bir məktəbə yənicə qədəm qoymuş uşaqların soyadlarını soruşur və valideynləri cavab verirdi.

Növbə Əzizxanıma çatanda direktor soruşur:

-Uşağın familyası nədir?

-Nə?

-Deyirəm babasının adı nədir?

-Həə, Cəfər.

-Deməli Cəfərova...

Söz direktorun ağzında qurtarmamış:

-Mən Cəfərzadəyəm-deyərək, Əzizxanım öz etirazını bildirdi.

O gündən Cəfərovlar soyadı Cəfərzadə, Əzizxanım isə IəzizəI deyərək çağırırdı. Beləliklə də artıq məktəbdə hamı Əzizxanımı Əzizə Cəfərzadə kimi tanıdı.

 

 

Çin çıxan yuxu

Hələ körpəlikdən Əzizədə qeyri-adı xüsusiyyətlər çox müşahidə olunurdu. Həm danışığı. Həm hərəkətləri, həm də yaşına uyğun olmayan fikirlər söyləməsi dünyagörünüşü geniş olan böyükləri istər-istəməz qıza diqqət kəsilməyə məcbur edirdiç Bu qeyri-adilik Əzizənin yuxularına şamil etmek olardı. O, 12-13 yaşında olanda çox qeribə yuxu görür.

Görür ki, dupduru bir bulağın yanındadır və su içmək istəyir. Ancaq nədənsə suyu əlləri ilə götürüb içmir. Əllərini yerə dayayıb, ağzı ilə içir və ağızından tökülən su dənəciklərə çevrilib göz işlədikcə yayılır.

Əzizə durub yuxusunu nənəsinə danışır. Çox gözəl yuxu yozmaq qabiliyyətinə malik olan nanasi Rübabə Soltan xanım:

-Çox qəşəng yuxudur- deyərək yozmasını açıqlayır. Gördüyün su dənəcikləri dəyərli sözlərdir. Sən o qədər savadlı söz adamı olacaqsan ki, sözün aləmə yayılacaq, çoxlu dinləyənin olacaq.

Əzizə öz yuxusunu uşaq ikən görmüşdü.