Əvvəlki səhifəyə qayıtmaq üçün        

                              

Düma ömrünün qırx günü

Əzizə CƏFƏRZADƏ,
xalq yazıçısı

Natəvan uzun müddət övladı olmadığı üçün nəzir eləmişdi ki, Bakıdan Bibiheybət məqbərəsinə, o müqəddəs məkana yol çəkdirsin. İndi dağın döşüylə salınmış yol ki, var, onu Natəvan və əri Xasay bəy Usmiyev çəkdirib. Düma Bakıya gələndə onlar şəhər polismeysterinin evində qonağıydılar. Bu zaman Düma gəlib çıxır. Yazıçı Natəvanla görüşünü çox gözəl təsvir eləyir; o, Natəvanın uşaqlarını, oğlunu, qızını və Xasay bəyi görüb, Xasay bəyin Fransız dilində bir parisli kimi gözəl danışmasından çöhbət açır. Düma Xasay bəyin silaha, tapançaya çox həvəsi olduğunu görüb, ona silah bağışlayır. Natəvan xanım da yazıçıya öz əliylə toxuduğu bir arxalıq və iki pul kisəsi bağışlayır. Dümanın bu hədiyyələrdən o qədər xoşu gəlir ki, sonra Xasay bəyə fil sümüyündən hazırlanmış bir şahmat dəsti bağışlayır. İndi dəstin bəzi fiqurları Azərbaycan ədəbiyyatı tarixi muzeyində durur. Mənə hərdən sual verirlər: neyçün Düma Natəvan haqqında bir şair kimi söhbət açmır, amma onun gözəl əl işlərindən danışır. Məlumdu ki, Natəvan eyni zamanda rəssam idi. Mən bu cavabı onda axtarıram ki, o zaman qadından bir şair kimi söhbət açmaq görünür, hardasa münasib olmayıb. Natəıan həmişə bu haqda danışmaqdan utanıb, öz ədəbi məclisini yaradanacan şerdən söhbət açmayıb.


Əzizə Cəfərzadə,
xalq yazıçısı

O zamanlar Şamaxıda xüsusi mühit var idi. Bu mühitin iki nəfər aparıcı şəxsiyyəti var idi: Mahmud ağa və Seyid Əzim. Seyid Əzim sadəcə bir şair idi, amma bütün Şirvan ona ağa deyirdi, onun istedadına yüksək qiymət verirdi. Amma Mahmud ağa elə bio şəxsiyyət idi ki, onun musiqili ədəbi məclisləri o zamankı Azərbaycanın mənəvi dünyasını əks elətdirirdi. Məlumdur ki, Şirvana musiqiçilər və müsiqişünaslar o vaxt Şuşadan, Qarabağdan gəlirdi. Amma onlar mahmud ağanın məclisində imtahan verirdilər, bu imtahandan yaxşı çıxandan sonra tehranda və başqa yerlərdə şah saraylarında çıxış eləmək hüququ qazanırdılar. Belə bir dövrdə Düma Şamaxıya gəlir, mahmud ağanı görür və mahmud ağanın məclisində iştirak eləyən rəqqasələri görür. Bu rəqqasələr bir qrup idilər. Vaxtilə mən «Aləmdə səsim var» romanını yazanda Şamaxıya gedib bu rəqqasələr haqqında xeyli məlumat toplamışdım. Şamaxılılar onları əsasən cəngi, qaraçı adlandırırdılar, heç birinin ata-anası məlum deyildi. Qızlar toplama qızlar idilər, oğlanlar da vardı onların içərisində. Bunların ən gözəl təsvirini rəssam knyaz Qaqarin verir. Düma düzdü, rəqqasələri təsvir eləmir, amma məclislərin yüksək mədəniyyətindən, yüksək musiqi duyumundan, şeriyyatından danışır. Aydın məsələdi ki, Qaqarin rəssam idi, bilavasitə surətləri çəkib bizə yadigar qoyub gedib, mənviyyatı isə, Duma əks elətdirib.

    «Bizim Əsr» qazeti