Əvvəlki səhifəyə qayıtmaq üçün                       

                                                                   

DƏVƏ  ÜRƏYİ

 

 Bir kəndlinin bircə dəvəsi vardı. Qonşusunun da dəvəsini əmanətən götürüb, iki dəvə ilə karvana qoşulur. Qayıdanda dəvə sahibi görür ki, onun dəvəsi əldən düşüb:

 -Kişi, qonşu haqqı sən mənim dəvəmin başına nə gətirmisən? Onu nə qədər yükləmisən?

 -Vallah, qardaş, öz dəvəmə nə qədər yükləmişəmsə, səninkinə də o qədər yük vurmuşam.

 -Pis baxmısan, navalasın…

 -Vallah, öz dəvəmdən pis baxmışamsa, balam ölsün…

 Qərəz, dəvə düşür ölür. Kəndin başbilənləri yığışıb dəvəni kəsir, soyur, içalatına diqqətlə fikir verib görürlər ki, dəvə hər cəhətdən sağlammış, ancaq bircə dəvənin ürəyində balaca ağ ləkə var.

 -Kişi, düzünü de, neynəmisən?

 -Vallah, onu öz dəvəmdən ayırmamışam. Tək bircə dəfə toz burulğanında onları üz-üzə yatırdıb, özüm də aralarında gizlənmişəm, üçümüzün də başımızın üstünə yaş örtük atmışam. Bircə o olub ki, həmin vaxtda üzümü öz dəvəmə çevirmişəm. Qocalar:

 -Hə… Dəvənin qəlbinə sahibsizliyi dəyib; ürəyinə xal düşüb. Dözməyib…

 

 ***

 

Oğul həyət evi alıb, anadan ayrı yaşamağa başlayıb. 2 oğlu var və təzəlikcə it alıb avçarka.

 Ana telefon eleyib:

 -Oğul, erkəkdi, dişi?

 -Erkəkdi.

 -Hə… O oldu qayınatan, bir dişi də al, olsun qayınanan.

 Bir neçə gün sonra telefonla ana:

 -Deyirlər, it almısan.

 -Hə…

 -Erkəkdi, dişi?

 -Dedim axı… erkək.

 -Hə, fala baxdırmışdım, sənin baxtına üç oğul çıxmışdı.