Əvvəlki səhifəyə qayıtmaq üçün
Düma ömrünün qırx günü
Əzizə CƏFƏRZADƏ,
xalq yazıçısı
Natəvan uzun müddət övladı olmadığı üçün nəzir eləmişdi ki,
Bakıdan Bibiheybət məqbərəsinə, o müqəddəs məkana yol çəkdirsin. İndi dağın
döşüylə salınmış yol ki, var, onu Natəvan və əri Xasay bəy Usmiyev çəkdirib.
Düma Bakıya gələndə onlar şəhər polismeysterinin evində qonağıydılar. Bu zaman
Düma gəlib çıxır. Yazıçı Natəvanla görüşünü çox gözəl təsvir eləyir; o,
Natəvanın uşaqlarını, oğlunu, qızını və Xasay bəyi görüb, Xasay bəyin Fransız
dilində bir parisli kimi gözəl danışmasından çöhbət açır. Düma Xasay bəyin
silaha, tapançaya çox həvəsi olduğunu görüb, ona silah bağışlayır. Natəvan xanım
da yazıçıya öz əliylə toxuduğu bir arxalıq və iki pul kisəsi bağışlayır. Dümanın
bu hədiyyələrdən o qədər xoşu gəlir ki, sonra Xasay bəyə fil sümüyündən
hazırlanmış bir şahmat dəsti bağışlayır. İndi dəstin bəzi fiqurları Azərbaycan
ədəbiyyatı tarixi muzeyində durur. Mənə hərdən sual verirlər: neyçün Düma
Natəvan haqqında bir şair kimi söhbət açmır, amma onun gözəl əl işlərindən
danışır. Məlumdu ki, Natəvan eyni zamanda rəssam idi. Mən bu cavabı onda
axtarıram ki, o zaman qadından bir şair kimi söhbət açmaq görünür, hardasa
münasib olmayıb. Natəıan həmişə bu haqda danışmaqdan utanıb, öz ədəbi məclisini
yaradanacan şerdən söhbət açmayıb.
Əzizə Cəfərzadə,
xalq yazıçısı
O zamanlar Şamaxıda xüsusi mühit var idi. Bu mühitin iki nəfər
aparıcı şəxsiyyəti var idi: Mahmud ağa və Seyid Əzim. Seyid Əzim sadəcə bir şair
idi, amma bütün Şirvan ona ağa deyirdi, onun istedadına yüksək qiymət verirdi.
Amma Mahmud ağa elə bio şəxsiyyət idi ki, onun musiqili ədəbi məclisləri o
zamankı Azərbaycanın mənəvi dünyasını əks elətdirirdi. Məlumdur ki, Şirvana
musiqiçilər və müsiqişünaslar o vaxt Şuşadan, Qarabağdan gəlirdi. Amma onlar
mahmud ağanın məclisində imtahan verirdilər, bu imtahandan yaxşı çıxandan sonra
tehranda və başqa yerlərdə şah saraylarında çıxış eləmək hüququ qazanırdılar.
Belə bir dövrdə Düma Şamaxıya gəlir, mahmud ağanı görür və mahmud ağanın
məclisində iştirak eləyən rəqqasələri görür. Bu rəqqasələr bir qrup idilər.
Vaxtilə mən «Aləmdə səsim var» romanını yazanda Şamaxıya gedib bu rəqqasələr
haqqında xeyli məlumat toplamışdım. Şamaxılılar onları əsasən cəngi, qaraçı
adlandırırdılar, heç birinin ata-anası məlum deyildi. Qızlar toplama qızlar
idilər, oğlanlar da vardı onların içərisində. Bunların ən gözəl təsvirini rəssam
knyaz Qaqarin verir. Düma düzdü, rəqqasələri təsvir eləmir, amma məclislərin
yüksək mədəniyyətindən, yüksək musiqi duyumundan, şeriyyatından danışır. Aydın
məsələdi ki, Qaqarin rəssam idi, bilavasitə surətləri çəkib bizə yadigar qoyub
gedib, mənviyyatı isə, Duma əks elətdirib.
«Bizim Əsr»
qazeti