Məhşur yazıçı
nasir, görkəmli alim-ədəbiyyatşünas, ictimai xadim və xalqın sevimlisi,
filologiya elmləri doktoru, professor Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da
Bakı şəhərində anadan olmuşdur. O, ibtidai təhsilini 25 nömrəli məktəbdə almiş,
sonra teatr texnikomu və ikiillik müəllilmlər institutunda oxumuş, 1942-44-ci
illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-47-ci illərdə
ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini
bitirmişdir. Əzizə xanim 1944-46-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm"
kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-49-cu illərdə teatr texnikomunun
müdiri, 1950-1955-cı illərdə qiyabi pedaqoji institutda dosent, kafedra müdiri,
1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-ci illərdə
Azərbaycan Elmlər Akademiyasının əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə
müdiri, 1974-ci ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində
çalışmışdır. O, hər şeydən əvvəl tədris etdiyi predmetinin dərin bildiyinə,
həyatiliyinə,patriorizminə və sərbəst-azad duşuncəsinə görə Universitetin
tələbə-müəllim kollektivinin sevimlisi idi. O, XİX əsr Azərbaycan ədəbiyyatı
tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XİX əsr Azərbaycan
ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik , 1970-ci ildə "XİX
əsr Azərbaycan poeziyasında xalq şeri üslubu" mövzusunda doktorluq
dissertasiyalarını mudafiə etmişdir. Əzizə Cəfərzadənin yaradıcılığını XX əsr
Azərbaycan ədəbiyyatında özünəməxsüs yeri vardır. O, xalqımızın əsrlər boyu
təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, elimizin gözəl
adət-ənənələrinin yaşadılması naminə altımış ildən artıq bir dövr ərzində
yorulmadan yazıb yaratmış, səmərəli ədəbi fəaliyyətin məhsulu olan çoxsaylı
əsərləri ilə nəsrimizin inkişafına qiymətli töhvələr vermişdir. Azərbaycan
tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, keçmişimizdə böyük iz
qoymuş şəxsiyyətlərin parlaq simaları Əzizə xanımın həmişə diqqət mərkəzində
dayanırdı. Tariximizin müxtəlif mərhələrinin bədii mənzərələrini yaradan bu
əsərlərlə yanaşı, yazıçının müasir gəncliyin həyatından bəhs edən roman, povest
və hekayələri də oxucular tərəfindən daim rəğbətlə qarşılanmışdır Ədəbi
fəaliyyətə çox gənc ikən 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini
1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir.Əzizə xanım 1946-cı ildən
Azərbaycan yaziçılar birliyinin uzvü idi. İlk kitabı 1948-cı ildə çap edilmiş,
lakin Moskvanın xüsusi qərari ilə satişa çıxmamışdan əvvəl qadağan edilib
yandırılmişdir. Əzizə xanimin nəsr əsərləri əsasın tarixi roman janrında
yazıılmışdır. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata
gətirmişdir. Onun bu qəbildən yazdığı əsərləri aşağıdakılardır:
·
"Natavan haqqında
hekayələr" (1963) - bu hekayılırdə yazıçı Qarabağın son xanı Xurşud banu
Natavanın (XİX əsr) həyatını qələmə almışdır.
·
"Aləmdə səsim var
mənim" (1973-78)- ilk tarixi romanı XİX əsrdə Şamaxıda yaşayıb yaratmış məhşur
şair Seyyid Əzim Şirvaninin ədəbi həyatı haqqındadır.
·
"Vətənə qayıt" (1977)
- XVİİİ əsrdə rus qoşunlarının Azərbaycan ilk gəlişi fonunda şair Nişat
Şirvaninin həyatı və Şirvanin Selyan bölgəsində baş verən hadisələr
·
"Yat et məni" (1980) -
XİX əsrin sonu XX əsrin əvvəllərində romantik şair Abbas Səhhətin həyat və
yaradıcılığı ilə bağlı roman
·
"Bakı-1501" (1981) Şah
İsmayıl Xətayi və onun Bakıya yürüşu tarixinə həsr olunmuş roman
·
"Cəlaliyyə" (1983) Xİİ
əsr Naxçıvan qadın hökmdarı Cəlaliyyənin ölkənin müdafiəsi uğrunda mübarizəsi
tarixi
·
"Sabir" (1989) XİX
əsrin sonu XX əsrin əvvəllərində yaşayib yaratmış məhşur satirik şair Mirzə
Ələkbər Sabirə həsr edilmişdir.
·
"Eldən elə" (1992) XİX
əsrdə 37 il dünya səyahətində olan coğrafiyaşünas Zeynalabdin Şirvaninin həyati
haqqında roman
·
"Bir səsin faciəsi"
(1995) - XİX əsrin sonunda yaşamış müğənni Mirzə Güllərin faciəli "Gülüstan"dan
öncə" (1996) XİX əsrin əvvəllərində rus qoşunlarinin Şirvana hücumu tarixinə
həsr edilmiş
·
"Zərrintac-Tahirə"(1996)
XİX əsrdə Cənubi (İran) Azərbaycanda yaşayıb yaratmiş qadin şairə və Bab
hərakatinin liderlerindən biri Tahirə Gurrətüleynin həyati haqqında
·
"İşığa doğru" (1998)
XX əsrdə Azərbaycan-İranda Bab hərakatinin əks sədası kimi baş verən faciəvi
tarixə həsr edilmiş bir povest
·
"Bəla" (2001) XVİ
əsrdə Şah İsmayıl Xətayidən sonra Azərbaycanda baş verən və sonu Azəbaycanın
xırda xanlıqlara parçalanması ilə nəticələnən hakimiyyət uğrunda gedən saray
çəkiımələri haqqında
·
"Rübabə-sultanım"
(2001) - XX əsrdə baş veən ictimai-siyasi hadisələr fonunda yarı bioqrafik
romanı
·
"Xəzərin göz yaşları"
(2003) 1938-cı ildə Şimali Azərbaycanda yaşayan Cənubi Azərbaycanlıların Stalin
rejimi tərəfindən 3-4 gün ərzində İrana məcburi departasiyasi haqqında povest
·
"Eşq Sultanı" (Ölümündən
bir az əvvəl bitirmişdir yaxın vaxtda çapa hazırlanacaq)- XV-XVİ əsrdə yaşayıb
yaratmış böyük Azərbaycan şairi Füzuliin həyat məcarası haqqında roman "Sahibsiz ev"
(1966), "Əllərini mənə ver" (1970), "Sənsən ümidim" (1984), "Xəyalım mənim"
(2002) kimi bir sira povestlərinin mövsusu müasir həyatdan götürülmüşdur. "Qızımın
hekayələri" (1964), "Anamın nağılları" (1982), "Çiçəklərim" (1988), "Pişik dili"
(2001) və sair uşaqlar üçün yazdığı hekayə və nağıllar.
Əzizə
Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi Azərbaycan elmi qarşısında
təqdirəlayiq xidmətlər göstərmişdir.Onun klassik Azərbaycan ədəbiyyatın,
xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi
axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb
olmuşdur. Əzizə xanımın elmi-tədqiqatları onun ədəbi yaradıcılığına da güclü
təsir göstərmiş və yazıçının əsərlərini Azərbaycan dilinin safliğı və təmizliyi
uğrunda mübarizənin bariz nümunəsinə çevirmişdir. Əzizə xanım ədəbi və elmi
yaradıcılığı pedaqoji fəaliyyətlə uğurlu bir şəkildə əlaqələndirməyi bacarırdı.
Elmi tədqiqatçı kimi bir sıra aşıq və şairlərin əsərlərini toplayib çap
etdirmişdir ki, bunlara "Fatma xanım Kəminə" (1971), "Könül çırpıntıları"
(1972), "Azərbaycanın aşıq və şair qadınlar" (1974, 1991),Azərbaycanin şair ve
aşiq qadınlari( II neşr 2003), "Şirvanın üç şairi" (1971), "Mücrüm Kərim
Vardani. Sünbülstan" (1978), "Abdulla Padarlı. Seçilmiş əsərləri" (1979), "Hər
budaqdan bir yarpaq" (1983) daxildir. Onun bir çox toplayib çap etdirdiyi
əsərlərin əsas hissəsini ana və qadın yadalıcılığı təşkil edir ki, bunlar da
Əzizə xanima romanlarından az şöhrət gətirməmişdir. Bu kitablar vasitəsi ilə
o, ta qədim dövrlərdən Azərbaycanda yüksək poetik səviyyəli yazılı və şifahi
qadın yaradıcılığının mövcud olduğunu və dünya ədəbiyyatinda öndər olduğunu
sübut etmişdir. Bu əsərlərlə yanaşı onun yüzlərlələ məqalə, oçerk, elmi tədqiqat
və publisistik məqalələri dövrü mətbuatda çap edilmişdir. O, "Natavan" adli kino
ssenari, çoxlu sayda radio-televiziya pyeslərinin, xatirat və saysız hesabsız
bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, "Bayatı düşüncələrim",
"Xızır Nəbi", "Novruz" və başqa Azərbaycan adət ənənələri, etnoqrafiyası ilə
bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir
çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur,
Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin
iştirakçısı olmuşdur Əzizə Cəfərzadə həmişə yüksək səviyyədə və ləyaqətlə təmsil
etmişdir. O. xalqımızın ictimai-siyasi həyatında verən hadisələrə münasibətdə
daim vətəndaş mövqeyi nümayiş etdirmişdir.Bu ölkələrin kitabxanalarından tarixi
əsərləri ilə bağlı məlumatlar toplamış və səyahət gündəlikləri yazmışdır.
Bunlardan biridə 1965-66-cı illərdə həyat yoldaşının işi ilə bağlı Qanaya(Afrika)
getdiyi səfərin gündəlikləri "Qızıl sahilə səyahət" (1968) xatiratını yazmasidir. Əzizə xanım
bir sıra xarici müəlliflərin o cümlədən S. Smirnovun "Brest qalası", Ş.
Rəşidovun "Güclü dalğa", A. Lixanovun "Mənim generalım", Ə. Kabaklənən "Əjdaha
daşı", S. Çokumun "Bizim diyar" və sair əsərlənini ana dilinə tərcümə etmş, bir
kitabların redaktoru olmuşdur. Onun əsərləri də bir sıra xarici dillərə o
cümlədən rus, fars, tacik, ərəb, qazax və sair tərcümə edilib xaricdə nəşr
edilmişdir. Fasiləsiz olaraq televiziya və radiyoda müxtalif mövzularda çıxışlar
etmiş, televiziyada "Klassik irsimizdən", "Aşıq Pəri" və sair çoxsayı
proqramlarin müəllifi və aparicisi olmuşdur. Bu verlişlər vasitəsi ilə xalqa
Azərbaycan klassik və müasir ədəbi irsini təbliğ etmişdir. Bunla yanaşı o
radioda Cənubu (İran) Azərbaycanı uçun verilən proqramlarin və "Ana" radio
jurnalinin uzun illər daimi iştirakcısı olmuşdur.
1981-89-cu
illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan
qadın vəUşaqlarının hüquqlarının qorunmasi sahəsində aktiv fəaliyyət göstərmiş,
respublikanın ən ücqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin
tarixi, taleyi ilə bağlı problemlərlə taniş olmuş və problemlərin həll
edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul
olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti
hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi və
erməni təcavüzünü qarşı hərəkatında daim öndə və fəal iştirak edən bir vətəndaş
olmuşdur. O, əsil Azərbaycanlı kimi həmişə xalqın xeyir və şərində onunla birgə
olmuşdur. Onu bütün xalq bir Ana kimi sevir və hörmət edirdi. "Mənin partiyam -mənim
millətimdir" sözlərini tez-tez təkrarlayar və Azərbaycan xalqını milli birliyə
çağırardı. Əzizə
Cəfərzadənin Azərbaycan elmi və ədəbiyyatı qarşısında göstərdiyi xidmətlər
yüksək qiymətləndirilmişdir. O, dönə-dönə müxtəlif fəxri fərmanlar, "Xalqlar
dostluğu" ordeni və müstəqil
Azərbaycanın ali mükafatı - "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan
Respublikası prezidentinin fərdi təqaüdçüsü idi. Azərtelefilm birliyi onun həyat
və yaradıcılığı haqqinda 2 telefilm çəkmişdir. Əzizə xanımın ən böyük mükafatı
isəxalqin ona qarşı olan böyük məhəbbəti idi. Bu sevginin məntiqi nəticəsi kimi,
o 2001-ci ildə "Azərbaycan Anası" və "Xalq Yazıçısı" kimi yüksək adlara layiq
görülmüşdür. Əzizə Cəfərzadə 2003-ci il sentyabrin 4-də ömrünün 82-ci ilində
uzun süren ağır xəstəlikdən sonra haqqin dərgahına qovuşmuşdu və vəsiyyətinə
əsasən Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir
məzarlıqda dəfn edilmişdir . Görkəmli yazıçı və ədəbiyyatşünas, əsl vətəndaş
və qayğıkeş insan olan Əzizə Cəfərzadənin işiqlı xatirəsi onu tanıyanlarən
qəlbində həmişə yaşayacaqdır.
ƏZİZƏ CƏFƏRZADƏNİN
ÖMÜR YOLU RƏQƏMLƏRDƏ
1921, 29 dekabr Bakıda anadan
olmuşdur. 1930 Bakıdakı 38 №-li
yeddillik məktəbin I sinfinə daxil olmuşdur. 1937 Bakıdakı 38 №-li
yeddillik məktəbi bitirmişdir. Ədəbiyyat qəzetində Əzrayıl adlı ilk hekayəsi
çap olunmuşdur. 19381941 Sabir adına
Pedaqoji Texnikumda və paralel olaraq Teatr Texnikumunun tənqid şöbəsində təhsil
almışdır.
19421944 Ağsu rayonunun Çaparlı kəndində müəllim işləmişdir.
1945 Azərbaycan Dövlət Universitetinə (indiki BDU) daxil olmuşdur.
1946 Azərbaycan Dövlət Universitetini ekstern yolu ilə bitirmişdir.
SSRİ Yazıçılar İttifaqına üzv seçilmişdir.
19461948 Teatr Texnikumunda direktor işləmişdir.
19471950 Azərbaycan Dövlət Universitetinin aspiranturasında oxumuşdur.
1948 Hekayələr adlı ilk kitabı nəşr olunmuş, lakin müəllif Axmatovşinalıqda günahlandırılaraq kitab satışa buraxılmadan yandırılmışdır.
1950, 23 fevral XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
19501955 Qiyabi Pedaqoji İnstitutda kafedra müdiri işləmişdir.
19551956 Xabarovsk Universitetinin Petropavlovsk-Kamçatka filialında müəllim işləmiş, qədim dünya ədəbiyyatından dərs demişdir.
19561974 Azərbaycan Əlyazmaları İnstitutunda baş elmi işçi və şöbə müdiri vəzifələrində işləmişdir.
1963 Natəvan haqqında hekayələr adlı ilk (əslində isə ikinci) kitabı nəşr olunmuşdur.
1964 Qızımın hekayələri kitabı nəşr olunmuşdur.
19651966 Ailə vəziyyətilə əlaqədar olaraq Afrikanın Qana Respublikasında yaşamış, kitabları üçün material toplamışdır.
1966 İngiltərədə yaradıcılıq ezamiyyətində olmuşdur.
Sahibsiz ev kitabı nəşr edilmişdir.
1968 Qana Respublikasından bəhs edən Qızıl sahilə səyahət kitabı nəşr olunmuşdur.
1970 Əllərini mənə ver adlı kitabı nəşr olunmuşdur.
1970, 3 dekabr Azərbaycan poeziyasında xalq şeri üslubu XIX əsr mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1971 Aləmdə səsim var mənim romanı nəşr edilmişdir.
1974-cü ildən indiyədək Bakı Dövlət Universitetinin əvvəlcə Azərbaycan ədəbiyyatı tarixi, sonra isə Folklor kafedrasının professorudur.
1974, 10 iyun professor elmi adını almışdır.
1975 Yuqoslaviyada olmuş, Bakı və Sarayevo şəhərlərinin qardaşlaşma mərasiminə həsr olunmuş tədbirdə iştirak etmişdir.
Suriyada elmi ezamiyyətdə olmuşdur.
1977 Vətənə qayıt romanı çapdan çıxmışdır.
İrak respublikasında elmi ezamiyyətdə olmuşdur.
1979 Hacıqabul rayonunun Udulu sovetliyinin Tağılı kəndində orta məktəb binası inşa etdirmişdir.
1980 Yad et məni romanı nəşr edilmişdir.
Hacıqabul rayonunun Tağılı kəndində klub, kitabxana və ana abidəsi inşa etdirmişdir.
1981 Azərbaycan xalq şeiri üslubu (I cild), Bakı 1501 və Aləmdə səsim var mənim romanı (rusca) nəşr olunmuşdur.
1982 Anamın nağılları kitabı nəşr olunmuşdur.
1983 Cəlaliyyə kitabı nəşr olunmuşudr.
Vətənə qayıt romanı Sarbas Akayevin tərcüməsində Almatıda qazax dilində çapdan çıxmışdır.
1984 Sənsən ümidim kitabı çap edilmişdir.
Gözlənilməyən gəliş telepyesi tamaşaya qoyulmuşdur.
1985 Ata haqqı və Analar telepyesləri tamaşaya qoyulmuşdur.
1986 Xalqlar dostluğu ordeni ilə təltif edilmişdir.
1987 Suriyada yaradıcılıq ezamiyyətində olmuşdur. Seçilmiş əsərləri nəşr edilmişdir.
19871995 Dəfələrlə Türkiyə Cümhuriyyətində olmuş, Kayseri, Ankara, İstanbul, Konya,
Ərzurum, Qars, Ədirnə və b. şəhərlərdə keçirilən beynəlxalq simpoziumlarda iştirak etmişdir.
1988 Çiçəklərim kitabı nəşr olunmuşdur.
Qorxulu həqiqət telepyesi tamaşaya qoyulmuşdur.
1989 Sabir romanı nəşr edilmişdir.
19891990 Şamaxı rayonunun dağıdılmış tarixi Bayat kəndinin yerində qranit abidə inşa etdirmişdir.
1990 20 yanvar hadisələri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırmaq üçün Hindistan, Sinqapur, Malaziya, Türkiyə və Kiprdə olmuşdur.
İstanbulda Anamın masalları kitabı nəşr edilmişdir.
19901994 İranda iki dəfə yaradıcılıq ezamiyyətində olmuş, Qurani-Kərimin Uzun Həsən tərəfindən türkcəyə tərcümə etdirilmiş nüsxəsini əldə etmişdir.
1992 Eldən-elə kitabı çapdan buraxılmışdır.
1995 İsraildə yaradıcılıq ezamiyyətində olmuşdur.
Bir səsin faciəsi romanı nəşr edilmişdir.
1996 Türkiyənin Ədirnə şəhərində yaradıcılıq ezamiyyətində olmuşdur. Gülüstandan öncə və ZərrintacTahirə romanları çap edilmişdir.
1998 İşığa doğru romanı nəşr olunmuşdur.
1999 Azərbaycan şeirində xalq üslubu (II cild) kitabı çapdan buraxılmışdır.
2000 Şöhrət ordeni ilə təltif olunmuşdur.
2001 Bəla povesti nəşr edilmişdir.