Qarabağın düzləri,
Top bitərnərgizləri,
Toy gülü,bayram gülü
Əlvangeyər qızları
Qarabağda üzüm var,
Qara gözdə gözüm var
Getmə, dayan, ay gözəl
Sənə bircə sözüm var.
Qarabagın özündə
Ceyran atlar düzündə
Vətən məhəbbəti var
Oğlunda qızında.
Qarabaq bağdı, neynim
Dörd yanı dağdı neynim
Yad eldə dərd çəkənlər
Sinəmə dağdı, neynim?
Qarabağın başını
Kimsə bilməz yaşını
Yad əllərə vermərən
Torpağını, daşını.
Qarabağın bağları
Gül qoxar bulaqları
Nurlu cənnətə bənzər
Yam-yaşıl yaylaqalrı.
Bu dağların sünbülü
Açılıb qonça gülü
Yarı məndən incidib
Kəsilsin belə dili.
Siz mənim ayım qaşlar,
Kamanım, yayım qaşlar,
Yolunuzda can verim
Eləyin vayım qaşlar!
Bu dağdan karvan gedər,
Qabaqda sarvan gedər,
Ayrılma el-obadan
Dalınca Şirvan gedər.
Gülüm çin-çin oleydı
Bibim elçim oleydı
Bu gecə toy görmüşəm,
Kaş yuxum çin oleydı
Maral göldə üzmərəm,
Telimə gül düzmərəm,
Qızıl alma atmasan
Mən bu toyda süzmərəm.
19.12.1981
Ağır-ağır var dərdim
Gül axtardım xar dərdim
Cəfa çəkdim yolunda
Duyammadı yar dərdim.
19.12.1981
Arazın sonasıyam,
Ört üstüm donasıyam,
O tayda duran qızın
Mən bədbəxt anasıyam!
Xan Arazın qacıyam
Ocaqların sacılar
Yol verin toya gedim
Gözü yaşlı bacıyam.
23.12.1981
Dərya, səndən keçmərəm,
Suyun şordu-içmərəm,
Bivəfa gözəl üçün
Əsil yardan keçmərəm.
24.12.1981
Bazarın al müqəşşər,
Gel duraq qabaq-qənşər
Söz desən dil-dil ötər
Baldız deyil-şərdi, şər.
Həyətimiz söyüddü
Gün keçdi axşam ötdü,
Marıltısı kəsilmir
Qaynana deyil- İTDİ.
26.12.1981
Bu yolun ağına mən
Qurbanam dağına mən
Gəlmişəm, qız atası
Sözüvün sağına mən.
Bu yerə üzüm gəlməz
İstərəm üzüm gəlməz
Sinəmə sözüm sığmır
Deməyə üzüm gəlməz.
Ağlaram özüm, neynim?
Tutulub gözüm, neynim?
Bir namərd əlindəyəm
Qutarıb sözüm, neynim?
Bağçadadı kilim yar
Üstündəki gülüm yar
Kipriklə işarə ver
Oğrun-oğrun gəlim yar.
27.12.1981
Bu yolnan atlı çapar,
Xəbər gərirər çapar,
Dərdin dilim yandırar
Həm dağlayar, həm çapar
Çayda gəmim olaydı,
Çəmdə zəmim olaydı,
Nə sənə tuş gəleydim
Nə bu qemim olaydı.
Görünən o tay dağlar
Ağırdı o tay, dağlar!
Bu yanda hicran mələr
Necədi o tay, dağlar?
02.01.1982
Bu dağdan köçüm allam
Vənətdən gücüm allam
Yüz yerdən yaralansam
Yağıdan öcüm allam.
03.01.1982
Ələk kimi ələnnəm
Dərdə-qəmə bələnnəm
Bircə bala dərdiynən
Qapı-qapı dilənnəm
Bala, bala, can bala,
Boynuna qurban, bala!
Gəl çıx qənşər təpəyə
Bir görsün anan, bala!
Əlimdə kaman ağlar,
Eləyər aman ağlar,
Getmə, gözüm qarası!
Dalınca anan ağlar.
Dağlara qar düşəndə,
Bağlara bar düşəndə
Dünya gözümdən düşər
Yadıma yar düşəmdə.
Yaylığın ağı məndən
Əl çəkməz yağı məndən
Ay zalım, insaf elə
Gəl götür dağı məndən!
Bulağ üstə bu sənəm,
O Süsənbər, bu Sənəm,
Gözlər eşqin bulağı,
Dodaq qaynar, busə nəm.
Bu yal el ha sarıdı
Yaram el ha sarıdı
Vətən çağıran gündə
Oğul el hasarıdı.
Eləmi dərdi məndə,
Üzün tut dərdi məndə,
El-obam yesir olub.
Hamsının dərdi məndə
Dağlar lala günüdü,
Süsəni, sünbülüdü,
Oğul düşmən çəpəri
Qız atanın gülüdü.
Eləmi bu sabaha
Göz tikdim bu Sabaha
Dünyanın işinə bax!
Can ucuz, busə baha.
Ər babalar alqışı,
Yaz eladik ha qışı,
İp boğaza keçəndə
Yerin tapar haqq işi.
06.01.1982
Yaylığın ağına bax,
Köynəyin bağına bax,
Köynəyimnən neyşün var?
Sinəmin dağına bax!
Muğan düzümdü mənim,
İki gözümdü mənim,
Yağıya yesir gedən
Bədbəxt qızımdı mənim
08.01.1982
Geca çıxan aydımı?
Gözəllərə taydımı?
Ay qız, bir xəbər elə
Toyumuz bu aydımı?
Gələn aya
O göydən gələn aya,
Qardaşım səfərdədi
Toy qaldı gələn aya.
Mən aşiqəm İlqara,
Heç olmasın il qara,
Yüz il qürbətdə qalsan
Dönük çıxma İlqara
10.01.1982
Dağların qarına bax
Gözümün tarına bax
Dərdimdən oxuyuram
Deyirlər: arına bax!
Fərim gəl, Fərmanım gəl,
Həkimim, loğmanım gəl!
Yolunda can verirəm
Tapılmaz dərmanım, gəl!
Qara qayadan uşdum,
Sağ idim, sayrı düşdüm,
Açmadım qönça kimi
Qora vaxtda müzüşdüm.
13.01.1982
Eləmi dərdi məndə
Dərdin de dərdi məndə
Tək yarım xoşbəxt olsun
Qoy qalsın dərdi məndə
Kim açdı yarın dərin?
Gedim dərim güllərin
Baş vurdum qəm gölünə
Boy verdim dərin-dərin.
Qarşıdakı odu zağ,
O qarğadı, odu zağ,
Dərdini mənə göndər, ( azarını mən çəkim)
Qoy olsun sənden uzaq
05.01.1984
Eləmi bu dağ məndən
Gül səndən budaq məndən
Köçüb qəbrə gedərəm
Heç getməz bu dağ məndən.
09.01.1984
Eləmi ad oldun, gəl
Ağzımda dad oldun, gəl
Günün qürgətdə keçdi
Evinə yad oldun, gəl!
11.01.1984
Dağlara qar düşdü, gəl.
Güllərə qar düşdü, gəl.
Qərib-qurbət ellərdə
Yadına yar düşdü- gəl!
27.10.1984
Qara gölə gölmü deyər?
Qara yera çölmü deyər?
Günü keçmiş qocalara
Əsl gəlin «öl»-mü deyər
Könül tutub düzən yeri,
Ay dolanıb gəzən yeri,
Qəm eləmə dəli könül
Namərd gördün – bəzən, yeri!
20.03.1985
Məmməd qardaşıma:
Bu dağın başı haça,
Üstündə maral qaça,
O günə qurban ollam
Qapımı qardaş aça.
Əhməd qardaşıma:
Qardaş qızıl almadı,
... könlümü almadı,
Bir ay vədə vermişdi
Beşcə gün qalmadı.
Atam balası qardaş
Gözüm qarası qardaş,
Ay dizimin taqəti,
Dərdim çarası qardaş!
18.12.1985
Ay qardaş, gözüm qardaş!
Şirincə sözüm qardaş!
Sən gəldiyin yollara
Qurbanam özüm, qardaş!